Xəbər lenti

Serb məşqçi
İdman 15:04 11.11.2019

Serb məşqçi "Qarabağ"dan danışdı: "Çempion olacaqlar..."

"Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç Azərbaycan çempionatından danışıb.

Qaynarinfo xəbər verir ki, serb mütəxəssis Rusiyanın "İzevstiya” nəşrinə müsahibəsində Premyer Liqanın zəif olduğunu bildirib. Pantiç "Qarabağ"ın yenə çempion olacağını qeyd edib:

"Azərbaycan çempionatının səviyyəsi yetərincə zəifdi. Mən orada çalışanda yüksək dəstədə 10 komanda var idi. İndi 8 komanda qalıbdı ki, bu da çox azdı. Mən Azərbaycanda işləyəndə güclü legionerlər vardı - indi demək olar ki, qalmayıblar. Bundan əlavə, çempionatda rəqabət yoxdu. "Qarabağ” digərlərindən bir neçə dəfə üstündü. Mövsüm başlamazdan əvvəl məhz bu komandanın turnirin qalibi olacağını əminliklə söyləmək olar. Rəqabət yoxdusa, irəliləyiş də ola bilməz. Hətta "Neftçi”nin liderlə rəqabət aparmaq imkanı yoxdu”.

Qeyd edək ki, Pantiç 2013/14 mövsümündə "Bakı”ya rəhbərlik edib. 2011-2012-ci illərdə Madrid "Atletiko"sunun B komandasına rəhbərlik edən 53 yaşlı mütəxəssis son olaraq Çinin "Dalian Yifanq" klubunu çalışdırıb (2016). 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->