"Neftçi”nin qış fasiləsində heyətinə qatmağa hazırlaşdığı Mamadou Mbodjun Bakı klubundan alacağı məbləğ bəllidi.
Qaynarinfo fanat.az-a istinadən xəbər verir ki, 25 yaşlı seneqallı mərkəz müdafiəçisi Azərbaycan təmsilçisində Litva "Jalgiris”indəki məvacibindən 2 dəfə çox qazanacaq. Ayda 8 min dollar məvacibə razılaşan afrikalıyla 1+1 şərti ilə müqavilə imzalanması planlaşdırılıb.
Ölkəsində 5 il top qovan futbolçu legioner həyatına Serbiyada başlayıb. Mamadou ilk olaraq "Srvena Zvezda”da oynayıb. 2014/15 mövsümünün ilk yarısında 8 oyuna 1 qol vuran müdafiəçi Belqrad təmsilçisində ümidləri doğrultmayıb və çempionatın gedişində "Napredak”a icarəyə verilib. Lakin "Napredak” da da etibarlılığı ilə seçilməyən arxa xətt oyunçusu cəmi 7 matçda forma şansı qazanıb. 2016-cı ildə "Jalgiris”ə keçən seneqallı hazırki komandasındakı zəif rəqabətə tab gətirə bilib. O, Litva təmsilçisində 81 matça çıxıb, 6 qola imza atıb.
Mbodj Seneqalın U-20 və U-23 yığmalarında oynayıb.
Şərhlər