Siyasət 18:00 26.11.2021

“Sərhəddə müharibə ehtimalı yüksəkdir” – Erməni general

Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan son dövrlər baş verən hadisələrlə bağlı danışıb. O deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər gərgindir və proses müharibəyə belə gətirib çıxara bilər.

Qaynarinfo xəbər verir ki, erməni general əsas risklərin Süniklə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Süniki də Qarabağın taleyi gözləyir: 

"Qarabağda baş verənlərin Sünikdə yaşanması istisna deyil. Təhlükəsizliyi təmin etmək, ordunu gücləndirmək, lazımi tapşırıqları yerinə yetirmək lazımdır. Əgər müvafiq addımlar atılmazsa, müharibə ehtimalı çox yüksəkdir”.

O qeyd edib ki, bu cür işlər son bir ildə aparılsa da, kifayət qədər həcmdə deyil: 

"Biz güclü olduğumuzu, əks-hücuma qadir olduğumuzu göstərməliyik. Əks halda, nəticələr arzuolunmaz olacaq”.

Xaçatryan Zəngəzur dəhlizi məsələsinə də toxunub. O vurğulayıb ki, dəhlizin açılmasına inanmır: 

"Ermənistan Azərbaycana yol verə bilər. Lakin bu, dəhliz statusunda olmayacaq. Zəngəzur dəhlizinin açılmasına isə Ermənistan imkan verməyəcək”.

Seyid