"Qəbələ" və "Şerif"in U-19 komandaları arasında Moldovada keçiriləcək UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab görüşünə təyinatlar açıqlanıb.
Qaynarinfo xəbər verir ki, UEFA qarşılaşmanı Cənubi Kiprdən olan hakimlər briqadasına tapşırıb.
Matçı Kristofi Timofeosa idarə edəcək. Ona Savva Giorqos və Andreas Mixalidis yardımçl olacaq. Dördüncü hakim funksiyasını moldovalı İon Orlik, hakim-inspektor funksiyasını Vladimir Antonov yerinə yetirəcək. UEFA nümayəndəsi isə türkiyəli Ayşe İdil Cem olacaq.
Qeyd edək ki, "Şerif" - "Qəbələ" oyunu oktyabrın 24-də Tiraspolda "Şerif" İdman Kompleksinin kiçik arenasında keçiriləcək və Bakı vaxtı ilə saat 16.00-da başlayacaq. Komandalar aarasında oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş ilk oyun heç-heçə ilə yekunlaşıb - 1:1.
Şərhlər