Dünya 14:25 28.01.2021

Serj Sarkisyan da koronavirusa yoluxdu

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan koronavirusa yoluxub.

Qaynarinfo Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə S.Sarkisyanın ofisindən məlumat verilib. Bildirilib ki, keçmiş Ermənistan prezidenti COVID-19-a yoluxub və 17 yanvardan karantindədir.

Qeyd edək ki, bir müddət öncə Serj Sarkisyanın arvadı Rita Sarkisyan koronavirusdan ölmüşdü.