Xəbər lenti

Sərnişin avtobusdan yıxıldı
Ölkə 12:52 18.07.2013

Sərnişin avtobusdan yıxıldı

Bu gün səhər saat 08.35 radələrində 119 saylı sərnişin avtobusunda qəza baş verib.

Hadisə şahidlərinin verdikləri məlumata görə, Xırdalan şəhərində hərəkətdə olan 119 saylı avtobusun qapısı açıq olub. Sərnişin də qapıdan sallanan vaxt yıxılıb.

Hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xırdalan şəhərində, “Günay” şadlıq sarayı yaxınlığında sərnişinlərdən biri avtobusun qapısından yıxılıb. Yıxılan şəxs 1986-cı il təvəllüdlü Mobil Nəsirov xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Məsələ ilə bağlı 3 saylı avtobus dayanacağının şöbə müdiri Əlixan Abbasov ANS PRESS-ə açıqlamasında bildirdi ki, əslində sərnişin avtobusun açıq qapısından yıxılmayıb.

“Mobil Nəsirov avtobusa minərkən ayağı büdrəyib. Ona görə yıxılıb. Mobil yıxılanda avtobus hərəkətdə olmayıb. Sərnişinin çiyni əzilib. Onu Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Mən özüm onun yanından gəlirəm. Yaxşıdır. Özü ilə də danışmışam, hadisə şahidlərilə də danışmışam. Burada sürücünün heç bir günahı yoxdu”, - deyə Ə.Abbasov bildirib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, artıq xəstənin vəziyyəti yaxşıdır. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->