Biləsuvarda mikroavtobus yanıb.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, Cəlilabad rayon sakini Vüqar Orduyevin sükanı arxasında olduğu mikroavtobus hərəkətdə olarkən avtomobilin mühərrik hissəsi qəfildən alovlanıb.
Alov tezliklə avtomobilin qarşı tərəfini bürüyüb.
Hadisə zamanı mikroavtobusda sərnişinlər olsa da, onlar vaxtında maşını tərk edə biliblər və xəsarət alan olmayıb. Mikroavtobus isə yararsız hala düşüb.
Sürücünün sözlərinə görə avtomobil sonuncu dəfə Biləcəridə servisdə olub. Yanğının da məhz ustaların ehtiyatsızlıq ucbatından baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər