Xəbər lenti

Sərt karantin rejiminə qayıtmamağımız nədən asılı olacaq? – Millət vəkili
Ölkə 10:13 18.01.2021

Sərt karantin rejiminə qayıtmamağımız nədən asılı olacaq? – Millət vəkili

"Sərt karantinin yenidən tətbiq edilməməsi iqtisadi baxımdan da vacibdir”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu gündən etibarən sərt karantin rejimi mərhələli şəkildə yumşalacaq:
 
 

"Azərbaycan həmçinin vaksinasiya prosesinə də başlayır. Əksər aparıcı ölkələrdə də bu prosesə start verilir. Bununla belə, hələlik qlobal pandemiyanın davam etmə müddəti ilə bağlı proqnozlar çox da nikbin deyil. Amma vaksinasiya uğurlu olarsa, o zaman pandemiya aprel ayınadək lokallaşdırıla bilər.

Ölkəmizdə yumşalmadan sonra yenidən sərt karantin rejiminə qayıtmamağımız eyni zamanda hər birimizin qaydalara əməl etməyimizdən asılı olacaq. Bir sıra Mərkəzi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyanın lokallaşmasında qaydalara əməl etmə səviyyəsi aparıcı faktorlardandır”.

Vüqar Bayramov  bildirib ki, rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində 81.5 min vətəndaşımız çalışır:

"Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Bu baxımdan, həm sağlamlığımızı qorumaq, həm də iqtisadi təsirlər baxımdan qaydalara əməl edərək pandemiyanın lokallaşdırılmasına töhfə verməyimizə ehtiyac var”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->