Xəbər lenti

Sərvəti ilə ərini geridə qoydu - 28 yaşında milyarderlər klubuna daxil oldu
Dünya 16:00 29.05.2025

Sərvəti ilə ərini geridə qoydu - 28 yaşında milyarderlər klubuna daxil oldu

Amerikalı model Heyli Biber 2022-ci ildə yaratdığı gözəllik və dəriyə qulluq brendi "Rhode"u ölkənin aparıcı kosmetika şirkətlərindən biri olan "Elf Beauty"yə 1 milyard dollara satacağını açıqlayıb. Bu anlaşma Heyli Biberi əri, məşhur pop müğənnisi Castin Biberdən daha zəngin edib.

Qaynarinfo xəbər verir ki, 28 yaşlı model və biznes qadını xəbəri "Instagram"da 54 milyondan çox izləyicisi ilə bölüşüb.



Heyli Biber paylaşımında "Şirkət üçün həmişə böyük arzularım olub" deyərək, fikirlərini belə davam etdirib:

"Rhode" dünyasında yeni bir səhifə açarkən "Elf Beauty" ilə tərəfdaşlığımızı elan etməkdən inanılmaz dərəcədə həyəcanlı və qürurluyam. Mənimlə eyni düşüncəyə sahib, böyük ideyalara və innovasiyaya inanan, fərqli bir şirkət olma vizyonunu bölüşən və markanı böyütməkdə bizə kömək edəcək "yıxıcı" bir ortaq tapdım. "Rhode"un baş yaradıcı direktoru və innovasiya üzrə rəhbəri, eyni zamanda "Elf Beauty"nin strateji məsləhətçisi olaraq daha böyük bir rola keçməyə hazıram və bundan çox həyəcan duyuram".



Markanın adı ikinci adından gəlir

BBC-nin xəbərinə görə, Heyli Biber "ənlik" və "dodaq məhsulları" da daxil olmaqla dəriyə qulluq məhsulları təqdim edən "Rhode" markasını 2022-ci ildə qurub. Brendə özü ilə eyni adı daşıyan ikinci adı olan "Rhode" adını verib.

İnternetdəki populyarlığı sayəsində sürətlə böyüyən marka, mart ayına qədər olan 12 ayda 200 milyon dollardan çox satış həcminə çatıb. Bu il "Rhode" məhsullarının ABŞ və Birləşmiş Krallıqda yerləşən məşhur "Sephora" mağazalarında satışa çıxarılması planlaşdırılır.

Alıcı tərəf "Elf Beauty" isə razılaşma ilə bağlı verdiyi açıqlamada "Rhode"u sürətli inkişaf potensialına sahib cazibədar bir marka olaraq xarakterizə edib. Şirkətin İdarə Heyətinin sədri və baş direktoru Taranq Amin markanın bu qədər qısa müddətdə uğur qazanmasına heyran olduğunu bildirib.

Heyli Biber satışdan sonra da şirkətdə baş yaradıcı direktor vəzifəsində fəaliyyətini davam etdirəcək. O, sosial mediada bu anlaşmanın markanın növbəti inkişaf mərhələsi olduğunu qeyd edib. Digər təsisçilər və hazırkı rəhbər heyət də satışdan sonra idarəetmədə qalacaq.



Kosmetika sektorunun digər milyarder qadınları

Heyli Biber bu satışla milyarderlər klubuna daxil olan məşhur qadınlar sırasına qatılıb. Daha öncə müğənni Rihanna "Fenty Beauty" adlı, təxminən 3 milyard dollar dəyərində bir gözəllik markası qurub. 

Kayli Cenner isə 2020-ci ildə kosmetika şirkətinin səhmlərini "Coty" şirkətinə 600 milyon dollara satmışdı. Selena Qomez isə "Rare Beauty" markası ilə kosmetika sektorunda tanınmış başqa bir ad olaraq qeyd olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->