Səs-küy yaradan sənəd parlamentin iclasında müzakirə ediləcək

Səs-küy yaradan sənəd parlamentin iclasında müzakirə ediləcək

"Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi qəbul olunmaq üçün tam hazırdır. Sənədi Milli Məclisin Səhiyyə komitəsində müzakirə edib parlamentin plenar iclasına təqdim etmişik. Ola bilər ki, bu yaz sessiyasında qanun layihəsi plenar iclasa çıxarılsın. Hesab edirəm ki, bu, çox vacib qanun layihəsidir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputatın sözlərinə görə, qanun layihəsində çox ciddi müddəalar var.

"Bəzi adamlar elə bilir ki, "Reproduktiv sağlamlıq qanunda” qanun layihəsində  yalnız ekstrakarpanal mayalanmadan söhbət gedir. Ancaq orada bütövlükdə reproduktiv sağlamlığın qorunması ilə bağlı çox ciddi və faydalı müddəalar var”

Əhliman Əmiraslanov sənəddən surroqat ana və donorluq məsələsinin çıxarıldığını da xatırladıb.

"Uzun illərdir ki, "Repraduktiv sağlamlıq haqqında” qanun layihəsi qəbul olunmur. Artıq bu qanunu Səhiyyə komitəsində müzakirə etmişik. Qanun hazırdır. Bildiyiniz kimi, o qanun birinci dəfə Milli Məclisdə müzakirəyə çıxarılarkən böyük səs-küyə səbəb olmuşdu.

Qanunda donorluq və surroqat ana  məsələsi vardı. Cəmiyyətdə yaxşı qəbul olunmurdu. Biz yenidən ekspert komissiyası, işçi qrupu yaradaraq bunların üzərində iş apardıq. Onlar qanundan çıxarılıb”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR