Dünya 18:15 10.11.2017

Səudiyyə Ərəbistanı: "İranla müharibə istəmirik, amma..."

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Əl Cübeyr rəsmi Tehranla münasibətlər barədə açıqlama verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Cübeyr "Hizbullah Livanda hakimiyyəti ələ keçirib. İran, Hizbullah və oxşar təşkilatları, Həmas və Husiləri dəstəkləyərək digər ölkələrdə hakimlik etmək istəyir. Yəməndəki Husilər tərəfindən paytaxt Riyada atılan raket iyul ayında Yenbu vilayətinə İran tərəfindən atılmış raketin bənzəri idi. İran mütəxəssisləri bu hücumu təşkil edib. İranın ballistik raket proqramı və terrora dəstək verməsi BMT qərarlarının pozulması deməkdir. Beynəlxalq arena bu barədə addımlar atmalıdır. Bu ölkə ilə hərbi qarşıdurma tərəfdarı deyilik, lakin İrana qarşı sanksiya və qadağaların qəbulunu istəyirik" deyib.

Qeyd edək ki, Livanın baş naziri Səəd Həririnin Riyada səfəri zamanı istefa verməsi birmənalı qarşılanmır. Bildirilir ki, Səudiyyə höküməti Həririni həbs edərək onu istefaya məcbur edib. 

Səudiyyə Ərəbistanında vəzifəli şəxslərin həbs edilməsi, Yəmənin raket hücumu, İrana qarşı açıqlamalar, Livanda yaranan siyasi dəyişikliklərin səbəbkarı Səudiyyə vəliəhdi Məhəmməd İbin Salman hesab edilir.

Gülşən
Qaynarinfo.Az