Xəbər lenti

Dünya 16:56 10.07.2020

Səudiyyə şahzadəsini Türkiyədə aldadıb, 7,6 milyon dollarını aldılar

Səudiyyə Ərəbistanının şahzadəsi Səssa bin Məhəmməd Əl-Dəmər Türkiyədən qızıl alış-verişi edərkən iraqlı fırıldaqçıların qurbanı olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, şahzadə məsləhətçisi Əhməd Mutvalli İraq əsilli Əbdürrəhman adlı biznesmenin tövsiyəsi üzrə Türkiyədən qızıl almaq üçün hərəkətə keçib. Şahzadənin icazəsi ilə Məhəmməd adlı İraq vətəndaşı ilə Qanada görüşərək, lazımi sənədləri imzalayıb. Daha sonra bank vasitəsilə 7 milyon 650 min dollar vəsait göndərilib.

Türkiyəyə gəlib qızılları aparmaq istəyərkən Mutvallini burada Məhəmməd və Əbdürrəhman təhdid edərək razılaşmaya dair sənədləri əlindən alıblar. Bunu eşidən şahzadə Türkiyə rəsmi dairələri ilə əlaqəyə keçərək məsələ ilə bağlı istintaq başladılmasını istəyib.

İstintaq çərçivəsində sözügedən şəxslər saxlanılıb və hər biri barəsində 10 ilə qədər həbs cəzası tələbi ilə cinayət işi açılıb.

Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?