Dünya 11:50 11.11.2017

Səudiyyə Ərəbistanı Yəmənin Müdafiə Nazirliyini vurdu

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada yerləşən müdafiə nazirliyinin binasına raket hücumu təşkil edib.

"Qaynarinfo" "New York Post"a istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfərin yaralandığı bildirilir. 

Qeyd edək ki, Səna 2014-cü ildən bəri Husi qiyamçılarının əlindədir və ölkədə siyasi qeyri-sabitlik hökm sürür. Husilər 1 həftə əvvəl Səudiyyənin paytaxtı Riyada ballistik raket hücumu təşkil etmişdi. Rəsmi Riyad bu hücumun arxasında İranın olduğunu iddia edir.

Gülşən
Qaynarinfo.Az