Dünya 15:17 02.06.2018

Səudiyyədə inqilabı dəyişikliklər: Kral yeni nazirlər təyin etdi

Səudiyyə Ərəbistanında səs-küyə səbəb olacaq növbəti dəyişiklikləri həyata keçirilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Kral Salman İbin Əbdüləziz Əl Suud iş və sosial inkişaf naziri Qafisi vəzifəsindən kənarlaşdırıb. Onu bu vəzifədə Əhməd İbin Süleyman Ər Racihi əvəzləyəcək. Kral Mədəniyyət və İnformasiya Nazirliyini iki hissəyə bölüb. Mədəniyyət Nazirliyi və İnformasiya Nazirliyi yaradılıb. 

Yeni mədəniyyət naziri Bədr İbin Abdulla İbin Məhəmməd İbin Fərhan Əl Suud təyin edilib. Əş Şeyx Saleh Əl Əş Şeyx dövlət naziri və Nazirlər Komitəsinin üzvü, Əbdüllətif İbin Əbdüləziz İbin Əbdurrəhman Əl Əş Şeyx İslam işləri, dəvət və rəyasət naziri təyin edilib. 

Məkkə və Müqəddəs Məkanlar Krallıq Qurumunun yaradılması barədə qərar qəbul edilib. Məqsəd müqəddəs ərazilərdə daha yaxşı xidmətin göstərilməsini təmin etməkdir. Qurumun idarə heyətinə rəhbərliyi vəliəhd şahzadə Məhəmməd İbin Salman edəcək. 

Yeni qərarnamələrə əsasən, nəqliyyat nazirinin köməkçisi vəzifəsində Səad Əl Həlbi Bədr Əd Dalam Əbdülhadi Əl Mənsur əvəzləyəcək. 

Qeyd edək ki, fevral ayında qəbul edilmiş qərarnamələrə görə baş qərargah rəisi, hava və quru qüvvələri komandirləri vəzifələrindən kənarlaşdırılmışdı.

Gülşən