Dünya 10:39 06.09.2018

Səudiyyəyə raket hücumu: 23 nəfər yaralandı

Yəməndən Səudiyyə Ərəbistanına atılan ballistik raket Nəcran şəhərinə düşüb və 23 nəfərin yaralanmasına səbəb olub.

Qaynarinfo xəbər verir ki, raket Səda şəhərindən Husi qüvvələri tərəfindən atılıb. Yaralılardan 2-si azyaşlıdır. 

Qeyd edək ki, 2015-ci ildən bəri Səudiyyə Ərəbistanına 189 raket atılıb. Yəməndən edilən raket hücumları 112 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub. 

Gülşən