Gürcüstanın eks prezidenti Eduard Şevardnadze indiki prezident Mixail Saakaşvilninin cinayətlərini araşdırmaq üçün xüsusi parlament komissiyasının yaradılmasını təklif edib.
"Artıq Gürcüstan parlamentində prezident Mixail Saakaşvili və onun komandasının törətdiyi cinayət əməllərinin araşdırılması üçün xüsusi komissiya yaradılmalıdır. Saakaşvili rejimi Gürcüstanda həbs olunmalıdır" deyə Şevarnadze bildirib.
Bu, eks prezidentin Saakaşvili və onun rəhbərlik etdiyi Vahid Millətçi Hərəkatı Partiyasına qarşı ilk ittihamı deyil. Hələ İvanişvili hakimiyyətə gəlməmişdən qabaq o, Saakaşvilinin devrilməsi üçün İvanişvilinin xeyrinə təbliğat da aparırdı.
Qaynar.info
Şərhlər