Maqazin 11:42 20.09.2014

“Sevgilim müsəlmandır” - Aygün Kazımova

Diva”ATV Maqazin” ə aşiq olduğu bəy haqqında özəl açıqlama verib.

Gecce.az xəbər verir ki, Aygünün qəlbini ələ alan şəxsin özü görünməsə də, hədiyyə etdiyi gül dəstəsi ilə medianın və fanatların diqqətini özünə çəkməyi bacarıb. Eksklüziv açıqlamalar verən Kazımova eşqə düşdüyünü deyib.

“ Şərimi də, sevincimi də həmişə sizinlə bölüşmüşəm. Mənim həyatım sizsiz. Əsas hissəsi sizdən ibarətdir. Bu sevgim istəmirəm müvəqqəti olsun. Hətta istəyərdim son sevgim olsun. Ayrılmaq mən də stress yaşadır. Bunların hamısı da gözününzün qabağında yaşanır. Sizdən heç nə gizlətmək istəmirəm. “

Keçmişdə yaşadığı uğursuz sevgilərini xatırlamaq belə istəməyən Aygün yeni məhəbbəti ilə Türkiyədə tanış olduğunu, illk baxışda bir-birinə aşiq olduqlarını söyləyib.

“Keçmişdə sevgi də oldu, evlilik də.Amma xoşbəxt olmadım.  Mən xoşbəxt olmaq istəyirdim.  Sonunda ayrılıq oldu. Qadağalar da qoysan, vəssalam daha sevməyəcəm də desən olmur. Sevgi varlığımı o qədər ələ alıb ki…

İlk baxışdan bir-birimizə aşiq olduq. Türkiyədə tanış olmuşuq, amma özü xaricdə yaşayır. İşi-gücü xaricdədir. Uzaq olsa da, içimdədir. Bizim görüşlərimiz xaricdə baş tutacaq. Vaxtı olsa, Bakıdakı konsertlərimə gələcək. İş adamıdır. Əslən azərbaycanlıdır,  başqa millətlə qarışığı var. Amma müsəlmandır.  Mənə, sənətimə o qədər dəyər verir ki, yaradıcılığımla qürur duyur. Hələ sənətimlə yeni-yeni tanış olur.”

Qaynar.info