Xəbər lenti

Sevinc Abbasovaya cəza istənildi, Elinanın anası etiraz etdi (FOTO/VİDEO)
Foto 15:13 16.10.2019

Sevinc Abbasovaya cəza istənildi, Elinanın anası etiraz etdi (FOTO/VİDEO)

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib.

Qayanrinfo "qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S.Abbasovaya cəza istəyib. O, keçmiş direktorun 3 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını tələb edib.

Amma Abbasova ev dustaqlığında olduğu üçün prokuror 6 ay müddəti çıxılmaqla, yekun olaraq onun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.

E. Hacıyevanın ailəsinin vəkilləri bildiriblər ki, istənilən cəza həddindən artıq, gözləniləndən də azdır: "Bu, biabırçılıqdır”.

S.Abbasova isə məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, istənilən cəza ilə razı deyil və bəraət istəyir.

Məhkəmə oktyabrın 18-də davam etdiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->