Səxavətin qəbrini ziyarət etdim, dəhşətə gəldim - Müğənninin qardaşı

Səxavətin qəbrini ziyarət etdim, dəhşətə gəldim - Müğənninin qardaşı

"Səxavətin qəbrini ziyarət etdim”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuz Səxavət işğaldan azad olunan Ağdam rayonu və mərhum xanandə Səxavət Məmmədovun qəbrini ziyarət etməsindən danışarkən deyib. Xanəndə Abdal-Gülablıda qəbiristanlığın dağılmadığını qeyd edib:


Firuz Səxavət

"30 ildir baxımsız olduğundan qəbirlər çöküb. Səxavətin ruhu da sevindi. Yaxın gələcəkdə onun qəbrinin üstünü götürəcəyik”.

Firuz Səxavət deyir ki, Abdal-Gülablıda bir ev belə qalmayıb:

"Kəndimizə getdim... Orda gördüyüm mənzərədən dəhşətə gəldim, xeyli müddət özümə gələ bilmədim. 30 il erməninin yaşadığı kənd necə olar? Kəndimizdən əsar-əlamət yoxdur. Bir dənə ev qalmayıb, hamısı dağılıb. Hamı donub qalmışdı, heç kəs heç kəslə danışmırdı, dəli kimi ora-bura baxırdım. İnsanın öz evini belə görməsi çox çətindir”.
 
Qeyd edək ki, hərbçilərimiz Ağdam rayonununda azərbaycanlı xanəndə Səxavət Məmmmədovun qəbrini tapıblar. Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.  

Səxavət Məmmədov 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan dərs alıb.  1976-cı ildə "Hümayun” xalq ansmblının solisti olub. Yaratdığı "Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

Xanəndə 1991-ci il sentyabrın 30-da Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib.  

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR