Xəbər lenti

Ölkə 19:52 08.04.2020

Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti uzadıldı

Vətəndaşların müraciətləri nəzərə alınmaqla etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən verilən birgə məlumatda bildirilib.

Qeyd edilib ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş işsiz şəxslər də birdəfəlik ödəməni almaq üçün elektron qaydada müraciət edə bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->