Maqazin 21:12 14.05.2015

Şeyk yeni sevgilisinin ardınca Londona getdi - Fotolar

Hollivud aktyoru Bredli Kuper və dünya şöhrətli rusiyalı model İrina Şeyk yeni şəkilləri ilə gündəmə gəliblər. 

Qaynar.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk dəfə Nyu-Yorkda görüntülənən cütlük bu dəfə İngiltərədə görüşüblər. Hazırda Londonda olan yeni sevgilisi Bredliyə diqqət göstərən İrina ona görə “Dumanlı Albion”a qədər gedib. 

Bundan sonra model kinofestivala qatılmaq üçün özünü Kanna çatdırıb. 

Xatırladaq ki, bir neçə ay öncə tanınmış futbolçu Kristiano Ronaldudan ayrılan İrina Şeyk yeni sevgi münasibətinə girmədiyini bildirmişdi. 

Qaynar.info