Ekonomiks 18:30 02.07.2013

Sibel Can Aygün və Brilliantı barışdırmaq istəyib

Bu yaxınlarda şəhər restoranlarının birində möhtəşəm şou göstərən, hələ də səs sorağı yayılmaqda davam edən Türkiyənin çox məşhur müğənnisi Sibel Canın verdiyi konsert barəsində danışıqlar davam edir. 

Mövqe.az-ın məlumatına görə, konsertdə Sibel Can xalq artistləri Aygün Kazımova və Briliant Dadaşovanı barışdırmaq istəyib. Bu barədə Mövqe.az-a açıqlamasında konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verib. Təşkilatçının sözlərinə görə, konsert davam edən zaman Sibel Cana bildirilib ki, A. Kazımova da qonaqlar sırasındadır. Sibel Can Aygünü səhnəyə dəvət edib və onunla bərabər duet oxuyub. Təşkilatçının sözlərinə görə, Sibel xanım bizim divanı konsertdən çox-çox əvvəl tanıyırmış.

Qeyd edək ki, konsertdə xalq artistlərimizin barışdırılması üçün cəhd olunması nəzərdə tutulsa da bu barışıq baş tutmayıb. Çünki A. Kazımova zala daxil olduqdan bir qədər sonra B.Dadaşova həmin məkanı tərk edib. 

Qaynar.info