Maqazin 23:10 27.08.2019

Sıla ilə qonşu olmamaq üçün evini satır

Türkiyəli müğənni Sıla həmkarı Davut Güloğlunun evinin yaxınlığında özünə villa alıb.

Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, məhkəməlik olduğu ifaçı ilə qonşu olmaq istəməyən Güloğlu evini 2,5 milyona satışa çıxarıb.

Xatırladaq ki, Sıla Demokratiya və Şəhidlər Mitinqi ilə bağlı dediyi sözlərə görə həmkarı D.Güloğlu tərəfindən təhiqr edilmişdi.

Onun "Darbeyə qarşıyam, amma Yenikapıdakı şouya qatılmayacam” sözlərinə Güloğlu təhqirlə cavab vermişdi.

Sıla isə məhkəməyə müraciət edərək, Davutoğlunun  həbs edilməsini tələb etmişdi.