İdman 16:50 09.08.2020

“Sileks”in baş məşqçisindən “Qarabağ” açıqlaması

Çempionlar Liqasının 2020/21 mövsümünün I təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olan "Sileks”in baş məşqçisi Qoran Simov püşkatmanın nəticələrini dəyərləndirib. 

Qaynarinfo ekipa.mk saytına istinadən xəbər verir ki, mütəxəssis Ağdam klubunu qarşılaşmanın favoriti adlandırıb. 

"Qarabağ” qarşılaşmanın aşkar favoritidi. Biz daha uzun müddət avrokubok həyəcanı yaşamağı xəyal edirik. "Qarabağ” ardıcıl 7 ildi Azərbaycan çempionu olan əla komandadı. Onlar hər il avrokubokların qrupunda oynayır. Əvvəllər də göstərdiyimiz kimi asanlıqla təslim olmayacağıq. Mümkün olan hər şeyi edəcəyik. Ümid sonda ölür”.

Qeyd edək ki, "Qarabağ” - "Sileks” matçı avqustun 18-19-da Bakıda keçiriləcək.