Azərbaycan futbolu adına növbəti üzücü xəbər…
2017-ci ildə AZAL-ın bazaı əsasında yaradılan "Şüvəlan" gözlənilmədən fəaliyyətini dayandırıb.
Bu gün bununla bağlı klub rəhbərliyi kollektivə məlumat verib. Onlar bildirib ki, qərar "Silk Way"ə məxsusdu.
Belə ki, şirkət maliyyə çatışmazlığı ilə üzləşdiyini iddia edərək, "Şüvəlan"a dəstəyini kəsib.
Maraq üçün yada salaq ki, belə bir söhbət ötən ilin yayında da var idi. Komanda hazırlığın ən qızğın çağında sponsorlardan gözləmədiyi cavabı almışdı. Yalnız son anda, püşkatma 1 gün qalmış fikirlərini dəyişdilər. AFFA və PFL-in işə qarışması nəticəsində. (sportinfo.az)
Şərhlər