Dünya 12:31 25.12.2018

Şimali Kipr baş naziri xəstəxanaya yerləşdirildi

Şimali Kipr Türk Respublikasının baş naziri Tufan Erhürman xəstəxanaya yerləşdirilib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, baş nazirin yüksək təzyiq və sinə ağrısı şikayətləri olub. Müayinə aparılandan sonra Erhürmanın vəziyyətinin normal olduğu müəyyənləşib. Nazirin bu gün xəstəxananı tərk etməsi gözlənilir. 

Qeyd edək ki, ötən həftələrdə ölkə prezident Mustafa Akıncı da xəstəxanaya yerləşdirilmiş, əməliyyat keçirmişdi.

Gülşən