Şimali Kipri dünyaya tanıdan təhsil brendi-Kıbrıs Elm Universitetinin “Öncə Sən” modeli (VİDEO)
Şimali Kipr Türk Respublikasında yerləşən Kıbrıs Elm Universiteti(Kıbrıs İlm Üniversitesi(KİU) özünün yeni proqramı və təqdim etdiyi imkanlarla 2020-2021-ci təhsil ilində azərbaycanlı gəncləri universitetdə təhsil almağa dəvət edir.
Bir təhsil adası olan Şimali Kiprdə fəaliyyət göstərən Kıbrıs Elm Universiteti(KİU)qarşısına böyük məqsədlər qoyub. KİU Şimali Kiprin turistik baxımdan ən hərəkətli və zəngin bir bölgəsi olan Girnədə yerləşir. Universitet şəhər mərkəzinə, xəstəxanalara və yaşayış sahələrinə yaxın məsafədədir. Bu mənada tələbələr burada tam rahat və təhlükəsiz şəraitdə təhsil ala bilərlər.
Universitet güclü akademik heyətə, müasir maddi texniki bazaya, beynəlxalq səviyyəli akreditasiyalara, xarici dil və mübadilə proqramlarına, zəngin idman, sosial və mədəni ortama malikdir. Universitet dünyanın dörd tərəfindən gələn tələbələrə təqaüd, ikinci, üçüncü xarici dil öyrənmək, beynəlxalq mübadilə proqramları ilə tələbələri başqa ölkələrdə təhsil almağa göndərmək imkanı yaradır.
Kıbrıs Elm Universiteti Türkiyənin Ali Təhsil Qurumu(YÖK) və Şimali Kipr Ali Təhsil Qurumu(YÖDAK) tərəfindən akreditasiyası var və diplomları tanınır. Bundan başqa Böyük Britaniya Krallığı Milli Tanıma Mərkəzi(UK NARIC) və London Ticarət və Sənaye Odası(LCCI) tərəfindən də akreditasiyası var. Hər ötən gün həm kampüsü, həm təhsil səviyyəsini yüksəldən KİU gələcəkdə diplomlarının tanınması coğrafiyasını daha da genişləndirəcəkdir.
Fəaliyyətinin ana prinsipi kimi "Öncə Sən” fəlsəfəsini əsas götürən Kıbrıs Elm Universiteti bütün dünyanı təhdid edən koronavirus pandemiyasının ən ağır dönəmlərində bütün tələbələri üçün doğma ev olmağı bacardı. Universitet köməksiz vəziyyətdə qalan tələbələrinin bütün ehtiyaclarını qarşılayaraq, onların bu ağır dönəmi sağlam şəkildə keçməsi üçün ciddi tədbirlər həyata keçirdi. Universitet pandemiya dönəmində təhsilin fasiləsizliyini təmin etmək üçün Şimali Kipr Türk Respublikasında ilk olaraq onlayn dərslərə start verdi və onlayn rejimdə tələbə biliyinin qiymətləndirilməsi üçün mükəmmək sistem tətbiq etdi.
Bir sözlə, artıq Şimali Kipr Türk Respublikasını bütün dünyaya tanıdan brendlərdən birinə çevrilən Kıbrıs Elm Universiteti azərbaycanlı gənclər üçün də böyük fürsətlər vəd edir.
Sizə Kıbrıs Elm Universitetinin İdarə Heyətinin sədri Səlman Arslanbaşın tələbələrə olan müraciətini təqdim edirik:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər