Çində ortaya çıxan və sürətlə dünyaya yayılan yeni növ koronavirusun rast gəlinmədiyi Şimali Koreyadan virusla bağlı ilginc açıqlama gəlib.
Qaynarinfo xəbər verir ki, ölkənin KCNA xəbər agentliyi Kovid-19-un qarşısını alacaq yeni maska hazırlandığını yazıb. Nano-antibiotik maskanın tamamilə yerli xammal hesabına hazırlandığı qeyd olunub.
Şimali Koreyanın Tibbi Cihazlar İnstitutunun direktoru Ri Cae Dok maskanın Dünsa Səhiyyə Təşkilatının qəbul etdiyi tələblərə cavab verdiyini bildirib. Əlavə edib ki, maska virus və mikrobları məhv edir, filtrləri sayəsində zərərli torpaq və hava hissəciklərini təmizləyir.
Camal
Şərhlər