Dünya 14:06 15.09.2021

Koreya dənizə naməlum raket atdı: Yapon hökuməti təcili toplantı çağırdı

Yaponiyanın Baş naziri Şimali Koreyanın Yapon dənizinə naməlum raket atdığını bildirib.

Qaynarinfo xəbər verir ki, Baş nazir bunu Milli Təhlükəsizlik Şurasının təcili toplanmasına verdiyi göstəriş zamanı deyib.

Yaponiyanın Baş naziri Yoşihide Suqa təcili olaraq Milli Təhlükəsizlik Şurasını toplamaq və gözlənilməz vəziyyətlərə hazır olmaq barədə göstəriş verib:

"Şimali Koreyanın ballistik raket buraxılışları ölkəmizdə və bölgədə sülhə, təhlükəsizliyə təhdiddir. Onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Buna qətiyyətli etirazımızı bildirir və qəti şəkildə qınayırıq”.

Uzaq Şərq Federal Universitetinin Şərq İnstitutu - Regional və Beynəlxalq Araşdırmalar Məktəbinin direktor müavini, şərqşünas Artyom Lukin Şimali Koreyanın bu addımının ABŞ-a və Cənubi Koreyaya təhdid olduğunu dilə gətirib.

Qeyd olunur ki, bu, Şimali Koreyanın ballistik raketinin il ərzində 5-ci sınağıdır.

Xəyal