Şimali Koreyanın dövlət televiziyasında yayımlanan video reportajda yer alan görüntü Qərb dünyasında narahatlığa səbəb olub.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər rəsmi Pxenyanın sahib olduğu atom bombasının görüntüsünün yayımlanması barədə iddialar irəli sürüb.
12 dekabr tarixində yayımlanmış videoda konfrans göstərilir, lakin divarda asılmış şəkil daha əvvəl mediaya təqdim edilməyib və fotoda Şimali Koreya lideri Kim Çen İn ilə atom bombasının olması istisna edilmir.
Kim Çen İnin daha əvvəl hidrogen bombası ilə fotosu yayılmışdı.
Bu şəklin yayılması ilə Şimali Koreyanın illərlə nüvə fəaliyyətlərinə davam etməsi və güclü nüvə silahı bazasına sahib olması barədə fikirlər səsləndirilir.
Gülşən
Şərhlər