Şimali Osetiyanın eks rəhbərinin oğlu Jirinovskinin oğlunu təyyarədə döydü

Şimali Osetiyanın eks rəhbərinin oğlu Jirinovskinin oğlunu təyyarədə döydü

LDPR lideri Vladimir Jirinovskinin kiçik oğlu Moskvanın Vnukovo hava limanında baş verən davada xəsarət alıb.

Qaynarinfo "Baza” Telegram kanalına istinadla xəbər verir ki, 12 aprel axşam saatlarında siyasətçinin qeyri-qanuni oğlu Oleq Eydelşteyn Vladikavkazdan paytaxta uçub. Eyni təyyarədə Şimali Osetiyanın təqaüdçü rəhbəri Vyaçeslav Bitarovun oğlu da olub. Elə oradaca Jirinovskinin varisi ilə kiçik Bitarovun arasında qarşıdurma yaranıb.

"Baza”nın məlumatında deyilir: "Bunu dava adlandırmaq çətindir. Bitarov sadəcə Eydelşteyni yaxşıca döyüb".

Bəzi məlumatlara görə, Eydelşteyn başından ən azı dörd zərbə alıb və hadisə ilə əlaqədar polisə açıqlama verib. "Baza” yazır ki, bu qarşıdurmanın əsasında siyasi səbəb - Eydelşteynin Osetiya parlamentinə son seçkilərə qatılması dayana bilər.

Məlumdur ki, Qalina Lebedeva ilə bir evlilikdən Jirinovskinin 1972-ci ildə anadan olmuş İqor adlı oğlu var, hazırda Dövlət Dumasının sədr müavinidir. Bir qədər əvvəl siyasətçi 80-ci illərin ortalarında iki fərqli qadından - qızı Anastasiya və oğlu Oleq (anadan olanda - Qazdarov) olmaqla iki qeyri-qanuni övladının olduğunu etiraf edib.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR