Xəbər lenti

Sionist Təşkilatı: “Quterreş Ermənistanla Azərbaycan arasındakı gərginliklə də barışır”
Siyasət 17:42 15.09.2024

Sionist Təşkilatı: “Quterreş Ermənistanla Azərbaycan arasındakı gərginliklə də barışır”

Qadınların Beynəlxaıq Sionist Təşkilatının prezidenti Anat Vidor "Jerusalem Post” nəşrində "Antonio Quterreş yalnız ərəb dünyasının baş katibi olduğunu göstərir” adlı müəllif məqaləsi ilə çıxış edib.

Qaynarinfo yazının oxucular üçün maraqlı olacağını nəzərə alaraq qısa ixtisarla təqdim edir:

"İsrailin özünü müdafiə etməsi BMT-nin baş katibini onun hərəkətlərini zəruri edən terrordan daha çox narahat etməsi Birləşmiş Millətlər Təşkilatının uğursuzluğunu göstərir.

Ötən həftə BMT-nin baş katibi Antonio Quterreş artıq yüz minlərlə insanın həyatına son qoyan və on milyonlarla insanın didərgin düşməsinə səbəb olan Rusiya-Ukrayna müharibəsindən çox narahat olduğunu bildirib. O, İranın nüvə güclənməsindən və ya orada və müxtəlif ərəb ölkələrində qadınların sıxışdırılmasından narahat deyil. Bu il aclıqdan öləcəyi gözlənilən 700.000 sudanlı uşaq onu narahat etmir. Quterreş iqlim böhranı, Eritreyadakı diktatura, Venesueladakı vətəndaş müharibələri və Ermənistanla Azərbaycan arasındakı gərginliklə də barışır. Onu həqiqətən narahat edən İsraildir. O, sosial mediada yazıb: "İşğal edilmiş İordan çayının qərb sahilindəki son hadisələr, o cümlədən İsrailin genişmiqyaslı hərbi əməliyyatlara başlaması çox narahatlıq doğurur".

Bu son qınama boş yerə gəlmir. Quterreş özünü dövrümüzün ən böyük antisemitlərindən biri kimi göstərib. Qəribədir ki, bu başlıq qlobal sabitlik və harmoniya vəzifəsi daşıyan bir təşkilata rəhbərlik edən şəxsə məxsusdur. Qəribədir? BMT-yə üzv olan 57 dövlətin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bir hissəsi olduğunu nəzərə alsaq, bəlkə də yox. Beləliklə, BMT-nin baş katibi vəzifəsini tutan adam hər iki həftədən bir antisemitizm yoxlaması üçün müsbət nəticə göstərməlidir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->