Xəbər lenti

Şirkət cinayət işinin açılmasını təkzib etdi
Ekonomiks 02:22 10.05.2014

Şirkət cinayət işinin açılmasını təkzib etdi

LNS şirkəti mediada faəliyyəti ilə bağlı yazılanlara cavab verib.

Şirkət Qaynar.info-ya göndərdiyi müraciətində bildirir ki, LNS-ə cinayət işinin açılması ilə bağlı xəbərlər həqiqəti əks edirmir: "Bəzi informasiya saytlarında məlumat verilir ki, LNS şirkətinə və şirkətin rəhbərlərinə cinayət işi açılıb. 

Bunlar yanlış məlumatlardır və bir qrup insanın şəxsi qərəzindən irəli gələn uydurmalardır. LNS şirkətinə və onun rəhbərlərinə heç bir cinayət işi açılmayıb. Bu ağ yalandır. Kim dəqiq məlumat öyrənmək istəyirsə, dövlət orqanlarından məlumat ala bilər".

Qaynar.info 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->