Xəbər lenti

Şirvan el məzarlığında şəhidlərin xatirə guşəsi yaradıldı (FOTOLAR)
Foto 14:23 10.09.2019

Şirvan el məzarlığında şəhidlərin xatirə guşəsi yaradıldı (FOTOLAR)

Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, "Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi­hə­sini Şirvan şəhərində həyata keçirdərək, Şirvan şəhər el məzarığında dəfn olunmuş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların məzarlarının və onların xatirələrini əbədləşdirmək üçün böyüyüb boya-başa çatdıqları küşələrdə düzəldilmiş xatirə güşələrinin vəziyətlərinə manitoring edilərək, unudulmuş şəhidlərimiz siyahısı müəyyən edilib.

"Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun  mətbuat katibi Təbriz Məhərrəmoğlunun verdiyi məlumata görə, layihə çərçivəsində Şirvan şəhərində həmçinin, aidiyyati olan, idarələr ilə əməkdaşlıq edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarlada itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə dövlət tərəfindən nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarında yaranmış problemlərin həlinə hüquqi köməklik göstərilib.

Sentyabrın 9-da Şirvan şəhərində həyata keçirilən layihənin yekunu olaraq, Şirvan şəhər el məzarığında dəfn olunmuş 18 nəfər şəhidlərin xatirəsini əbədləşdirmək üçün düzəldilmiş Şəhidlərin xatirə güşəsinin açılışı olub.

Tədbir öncə, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin xatirəsi yad edilərək, onların rühlarına  yasın və duallar oxunub.

Sonra "Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi­hə­sini direktoru, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti, "Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi"nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirib ki, 1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn ediliblər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə, Bakıda və rayonların el məzarlılarında dəfn olunublar.

Bakının, Səbail, Yasamal, Nizami, Binəqədi, Xətai, Sabunçu, Abşeron rayonlarında və regionlardan isə Şirvan şəhərinin el məzarlıqlarında keçirilən manitorinqlər zamanı məlum olub ki, el məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, onların valideyinləri vəfat etdikdən sonra, adiyyəti qrumların öz işlərinə məsuliyyətli yanaşmaması üzündən və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalıb.

Şirvan şəhər ümumi salınmış Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuş 120 nəfər şəhidin və 25 nəfər itgin düşmüş döyüşçünün məzar var.

Şirvan şəhər el məzarlıqında keçirdiyimiz manitorinqlər zamanı 18 nəfər şəhid məzarı aşkar edərək, onların vəziyyətlərinə baxış keçirilib. El məzarlığında dəfn olunmuş şəhid məzarlarının çoxusunun şəhid olmaları barəsində məzar üstü baş daşlarına heç bir fərqlənmə nişanələri vurulmayıb. Sanki bu şəhidlər vətən uğrunda canlarını fəda edib. Buna görə, biz layihəyyə cəlb edilmiş əməkdaşların köməkliyi ilə şəhid məzarlarını saatlarla axtardıqdan sonra  şəhidlərin məzarlarını müəyyən edərək, onların siyahıları hazırlanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->