Dünya 15:00 04.08.2021

Şişovu KQB-nin öldürdüyü təsdiqlənərsə, Belarusu dəhşətli nəticələr gözləyir – Politoloq

"Ukraynada Belarus Evi"nin lideri Vitali Şişovun Kiyevdə ölümü Minsk üçün müxalifət lideri Roman Protaseviçin uçduğu təyyarənin məcburi enişindən daha böyük əks nəticələr verə bilər. 

Qaynarinfo xəbər verir ki, bu fikri hazırda Polşada yaşayan belaruslu politoloq Dmitri Bolkunets deyib.

Şişovun cəsədi bir gün əvvəl parkda tapılıb. Həmin gün o, səhər qaçışı zamanı yoxa çıxıb.

Ukrayna polisi "Qətl" maddəsi ilə cinayət işi açaraq, intiqamın çox güman ki, intihar kimi gizlədilməyə çalışıldığını qeyd edib.

Bolkunets NSN-ə verdiyi müsahibədə Şişovun ölümünün arxasında Belarus xüsusi xidmət orqanlarının dayana biləcəyini bildirib.

"KQB sədri İvan Tertelin və ona yaxın olan bəzi şəxslərin başçılıq etdiyi Belarus xüsusi xidmət orqanları artıq dəfələrlə rejimin bütün dünyada yaşayan əleyhdarlarını ortadan qaldırmaq üçün əməliyyatlar aparacaqlarını bəyan ediblər", -  Politoloq deyib.

Onun sözlərinə görə, bu cür repressiyaların məqsədi müxalifətdə, mühacir çevrələrində çaxnaşma yaratmaq, həmçinin Belarus xüsusi xidmət orqanlarının güc və əzəmətini nümayiş etdirməkdir.

Lakin müxalifətin ölümündə Minskin əli olduğu təsdiqlənərsə, Belarus ciddi nəticələrlə üzləşəcək.

"Buna görə də düşünürəm ki, Belarusun ölkə xaricində etdiyi hərəkətlər beynəlxalq aləmdən "yüksək" qiymət alacaq. Düşünürəm ki, yaxın gələcəkdə rejim beynəlxalq səviyyədə terrorçu kimi tanınacaq", - Bolkunets əlavə edib.

"Ukraynada Belarus Evi” (BDU) Belarusdan mühacirət etmiş həmvətənlərimizə, o cümlədən hakimiyyətdəkilərlə problemləri səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalanlara kömək və dəstək verməklə məşğuldur.

Təşkilatdan bildiriblər ki, Şişov ölümündən əvvəl izlənildiyini deyibmiş.
 
Alpər