Banqladeşdə uzun illər siyasi məhbusların saxlandığı gizli yeraltı həbsxana var imiş.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" (NYT) ordan azad edilmiş şəxslərə istinadən yazıb.
Nəşrin məlumatına görə, həbsxananın kod adı "Ainagor" və ya "Güzgülər evi" olub. NYT qeyd edib ki, 15 ildən çox hakimiyyətdə olan keçmiş Banqladeş baş naziri Şeyx Hasina atası Şeyx Mujibur kimi paranoyak və avtokratik liderə çevrilib. Onun hakimiyyəti dövrü opponentlərə qarşı repressiyalarla yadda qalıb, bunun üçün sürətli reaksiya bölməsi, eləcə də ordunun kəşfiyyat bölməsi istifadə edilib. İyulun əvvəlindən davam edən kütləvi etirazlardan sonra Hasina avqustun 5-də istefa verib və ölkəni tərk edib.
NYT-nin məlumatına görə, 2009-cu ildən bəri 700-dən çox insan zorla gizli həbsxanada saxlanılıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, onlardan 80-i ölüb, 150-yə yaxını isə itkin düşmüş hesab olunur. Məlum olub ki, itkin düşənlərin bir qismi Dəkkədəki hərbi qarnizonun ərazisində yerləşən həmin gizli həbsxanaya göndərilib.
NYT materialına görə, məhbuslar arasında "Güzgülər evi"ndə 8 il keçirmiş keçmiş vəkil Mir Əhməd Quasem Arman, eyni müddətə həbsdə olan keçmiş ordu generalı Abdullahil Aman Əzmi, təxminən bir il yarım həbsdə olan Banqladeşin Vyetnam və Qətərdəki keçmiş səfiri Maruf Zaman, 5 il müddətinə azadlıqdan məhrum edilən fəal Maykl Çakma və s. var.
Keçmiş məhbusların dediyinə görə, onlar pəncərəsiz kameralarda saxlanılıblar, həmişə qaranlıqda olublar və yalnız azadlığa çıxanda işığı görürüblər. NYT-nin yazdığına görə, hakimiyyət həbsxanada olanları dəliliyə sürükləməyə çalışıb. Eyni zamanda, xırda siyasi hərəkətlər edən insanlar həbsxanaya düşə bilərdi. Məsələn, Banqladeşin yerli xalqlarının özünüidarəsini müdafiə edən Çakma tərəfdarları Hasinanın mitinq yerinə gedən yolu qazdıqdan sonra mühakimə olub.
Aydın
Şərhlər