Xəbər lenti

“Maduronun son günləridir”: Tramp Venesuelaya zərbə ehtimalı barədə danışdı
Dünya 12:10 03.11.2025

“Maduronun son günləridir”: Tramp Venesuelaya zərbə ehtimalı barədə danışdı

ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuelanın rəhbəri Nikolas Maduronun hakimiyyəti başa çatmaq üzrədir, lakin Vaşinqton həmin ölkəyə qarşı heç bir hərbi əməliyyat planlaşdırmır.

Qaynarinfo xəbər verir ki, bu barədə o, CBS telekanalına verdiyi müsahibədə ABŞ-ın Venesuelaya hərbi müdaxilə ehtimallarına münasibət bildirərkən söyləyib.

Müsahibəçinin "Maduronun sayılı günləri qalıb” sualına Tramp belə cavab verib:

"Məncə, bəli”.

Eyni zamanda daha dəqiq sual — ABŞ Venesuelaya zərbə endirməyi planlaşdırırmı — verildikdə, prezident qeyd edib:

"Mən sizə bunu deməyəcəm. Yəni, mən demirəm ki, bu doğrudur ya yox. Amma mən deyə bilmərəm ki, bunu edəcəyəm, çünki mən jurnalistlərlə müzakirə etmirəm ki, zərbə endirəcəyəm ya yox”.

Xatırladaq ki, 31 oktyabrda "Newsweek” nəşri ABŞ-ın yaxın günlərdə Venesuelaya zərbə endirə biləcəyini, peyk görüntülərinə istinadla yazmışdı. Jurnalistlərin məlumatına görə, ABŞ Puerto-Riko üzərində hava məkanını bağlamış və Karib dənizində 1600-dən çox dəniz piyadası daşıyan desant gəmisini yerləşdirmişdi.

Tramp bu məlumatı təkzib edərək bildirib ki, Vaşinqton hərbi hücum hazırlamır, lakin Karakas üzərində siyasi və diplomatik təzyiqini davam etdirəcək.

Qeyd edək ki, bu ilin avqustunda ABŞ Nikolas Maduronun tutulmasına kömək edəcək məlumat üçün 50 milyon dollar mükafat elan etmişdi.

Bunun fonunda Venesuela diktatoru Nikolas Maduro Rusiya, Çin və İrandan ölkənin bəzi hərbi texnikasını təcili təmir etməyi və əlavə hərbi radarlar və raketlər verməyi xahiş etmişdi.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->