Xəbər lenti

Siyavuş Novruzova cavab: "Siyasət onluq deyil" (AÇIQLAMA)
Siyasət 18:31 03.05.2013

Siyavuş Novruzova cavab: "Siyasət onluq deyil" (AÇIQLAMA)

“Jurnalistlər Siyavuş Novruzova uyğun suallar versinlər ki, o da normal cavab verə bilsin”.  Bunu Qaynar.info-ya “El” hərəkatının sədri Eldar Namazov Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavininin onun Moskva səfəri haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

O bildirib ki, dəfələrlə jurnalistlərə Siyavuş Novruzova qəliz suallar verməmələri barədə xəbərdarlıq edib: “Mən xəbərdarlıq etmişəm ki, bu adamı ciddi məsələrlə bağlı qəliz suallarla yormayın. Siyasət onluq deyil. Ona uyğun olan suallar versinlər ki, normal cavab verə bilsin”.

E.Namazov onun Rusiyaya bağlılığını və Moskavadan maliyyələşdiyini iddia edənlərə də cavab verib: “Deyilənlər cəfəngiyyatdı. 10 ildir bunlar haqqımda şayiələr yayırlar ki, Amerikanın adamıyam. İndi də deyirlər ki, Rusiyanın adamıyam. Sadəcə olaraq mən Rüstəm müəllimlə görüşüb məsləhətləşirik. Rüstəm müəllim Rusiyada olduğuna görə ora getdim və müəyyən məsələlərlə bağlı müzakirələr apardıq. Rusiyadan maliyyələşməyimiz barədə deyilənlər də böhtandır”.

Qeyd edək ki, YAP funksioneri Siyavuş Novruzov Eldar Namazovu sərt tənqid edib. O deyib ki, "Eldar Namazov, "El" hərəkatında olan insanlar ermənipərəst qüvvələrlə əlbir olan Rusiyadakı müəyyən dairələrə işləyirlər: “Eldar Namazov can atır ki, gedib Moskvada görüşlər keçirsin, bu cür xüsusiyyətli adamların tövsiyəsi əsasında da Azərbaycanda aranı qarışdırmaq üçün addımlar atsın”.

S.Novruzov qeyd edib ki, həmin insanlar Azərbaycanda nəyisə birləşdirmək, ayırmaq, nəyəsə təsir göstərmək qabiliyyətində olan insanlar deyillər: “Sadəcə olaraq, ürək bulandırırlar və ermənilərin dəyirmanına su tökürlər ki, onlar da bunların adından istifadə edərək Avropaya, başqa-başqa ölkələrə Azərbaycan haqqında material ötürsünlər, Azərbaycanda insan hüquqları, mətbuat və yaxud siyasi partiyalar ilə bağlı dolaşıq məlumatlar yaysınlar. Eldar Namazov getdi Moskvaya, orada onu təlimatlandırdılar, cibinə 5-10 manat pul qoyaraq geri göndərdilər".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->