Xəbər lenti

Skuterlə avtobusa minmək qadağandır? - Hüquqşünas qanunvericiliyi izah etdi
Ölkə 18:25 23.07.2026

Skuterlə avtobusa minmək qadağandır? - Hüquqşünas qanunvericiliyi izah etdi

"Skuterlə avtobusa minməyi qadağan edən hər hansı hüquqi norma mövcud deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Səməd Vəkilov deyib.

Hüquqşünas bildirib ki, bu məsələ istehlakçı hüquqlarını və sərnişindaşıma qaydalarını tənzimləyən qanunvericilik çərçivəsində, o cümlədən "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yol hərəkəti haqqında" qanunların müddəaları əsasında qiymətləndirilməlidir:

"Qanunvericiliyə əsasən, iriölçülü əşyalarla ictimai nəqliyyatdan istifadə zamanı daşınan yükün ölçüsündən asılı olaraq əlavə ödəniş tələb oluna bilər. Lakin konkret olaraq skuterlə avtobusa minməyi qadağan edən hər hansı hüquqi norma yoxdur".



Səməd Vəkilovun sözlərinə görə, əgər hadisədə adı çəkilən uşaq həqiqətən autizm spektr pozuntusu olan şəxsdirsə, məsələyə daha həssas yanaşılmalı idi:

"Əgər doğrudan da uşaq autizm spektr pozuntusu olan şəxsdirsə, sürücünün davranışı konkret hallardan asılı olaraq mülki-hüquqi məsuliyyət, o cümlədən mənəvi zərərin ödənilməsi ilə bağlı iddialara səbəb ola bilər".

Qeyd edək ki, Bakıda 211 nömrəli marşrut avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə yaşanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, qadın övladı və ona məxsus kiçik skuterlə avtobusa minmək istəyərkən sürücü buna etiraz edərək onların avtobusdan düşməsini tələb edib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->