Xəbər lenti

“Skype” messencerində ciddi boşluq aşkar edildi: Ehtiyatlı olun!
Texnologiya 19:20 13.02.2018

“Skype” messencerində ciddi boşluq aşkar edildi: Ehtiyatlı olun!

Təhlükəsizlik mütəxəssisi Stefan Kantak "Skype” messencerinin yenilənmə mexanizmində istifadəçi hüququnu SYSTEM səviyyəsinədək yüksəltməyə və beləliklə, qurğuya tam giriş əldə etməyə imkan verən boşluq aşkar edib.

Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, "ZDNet” nəşrinin jurnalistləri ilə söhbət zamanı Kantak izah edib ki, kibercinayətkar DLL kitabxanalarının dəyişdirilməsi metodunun köməyi ilə yeniləmə quraşdırıcısını aldadaraq lazımi kitabxananın əvəzinə, zərərverici kod tətbiq edə bilər.

Cinayətkar zərərverici kitabxananı müvəqqəti qovluğa yükləyə və mövcud DLL kitabxanaya uyğun olaraq adını dəyişdirə bilər. Problem ondadır ki, proqram tərəfindən lazımi kitabxananın axtarışı prosesində ilk öncə zərərverici kitabxana aşkar edilir. Sistemə tam giriş əldə etmiş cinayətkar müxtəlif əməliyyatları (məsələn, faylları oğurlamaq, məlumatları silmək) yerinə yetirə bilər.

Kantak sözügedən boşluq haqda ötən ilin sentyabrında "Microsoft” şirkətinə məlumat verib, ancaq şirkətdən bildirilib ki, düzəliş üçün kodun çox hissəsinə yenidən baxılmalıdır, buna görə bu boşluq artıq messencerin yeni versiyasında aradan qaldırılacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->