Dünya 16:31 03.06.2018

Sloveniyada parlament seçkiləri keçirilir

Sloveniyada parlament seçkiləri keçirilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yeni hökümətin müəyyənləşdiriləcəyi seçkilərdə 1,7 milyon seçici iştirak edir. Sabiq baş nazir Miro Serarın rəhbərlik etdiyi hökümət uğursuz dəmiryolu layihəsi səbəbilə mart ayında istefa vermişdi. 1 ay əvvəl isə bugünkü seçkilər barədə qərar qəbul edildi. 

2004-2008 və 2012-2013-cü illərdə ölkəyə rəhbərlik etmiş Yanez Yansanın Sloveniya Demokrat Partiyası seçkilərin favoriti hesab edilir. Sağ cinah nümayəndəsi olan partiya miqrantlar əleyhinə apardığı siyasətlə bilinir. 

Qeyd edək ki, Yuqoslaviyanın tərkib hissəsi olmuş Sloveniya 1991-ci ildə müstəqillik qazanıb, 2004-cü ildə isə Avropa İttifaqına daxil olub.

Gülşən