Texnologiya 13:36 17.05.2020

Smartfonların keyfiyyətini belə artırmaq olar - Mütəxəssis

Gadjetlərin iş keyfiyyətini necə artırmalı və niyə smartfonların məhsuldarlığı azalır?

Qaynarinfo xəbər verir ki, bu haqda "Kcell” ASC-nin biznes bazarının inkişafı departamentinin direktoru Pyotr Dzyuba məlumat verib.

Mütəxəssis izah edib ki, smartfon performansının azalmasının əsas səbəbi tətbiqlərin və müxtəlif faylların çoxluğu üzündən yaddaşın azalmasıdır.

"Telefonu vaxtaşırı təmizləməlisiniz: istifadə etmədiyiniz tətbiqləri, həmçinin sənədlərin surətini, lazımsız və köhnə sənədləri, uğursuz foto və videoları silin", - Dzyuba deyib.

Mütəxəssisin "Praym”a deyib ki, smartfonun fəaliyyətini zəiflətdiyi üçün parametrlərdə effekt və animasiyaları söndürmək olar. Kiçik nasazlıqları aradan qaldırmaq üçün smartfonu söndürüb-açmaq və ya smartfonu zavod parametrlərinə qaytarmaq lazımdır.

Alpər