Liseydə 320 şagird təhsil alacaq.
Bakı şəhərinin Xətai rayonu ərazisində, Nobel prospektində Fransız liseyinin inşa olunacaq. Bakı Dövlət Layihə İnstitutundan Anspress-ə verilən məlumata görə, bina konstruktivizm üslubunda layihələndirilib və üç mərtəbəli olacaq.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin sifariş etdiyi binanın ümumi sahəsi 7 min 960 kvadratmetrdir. Liseydə 320 şagird təhsil alacaq. Burada tədris otaqları, fənn kabinetləri, laboratoriya, kütləvi tədbirlər üçün otaqlar, bədii dərnəklər, idman və akt zalları, uşaq bağçası fəaliyyət göstərəcək.
Qeyd edək ki, son zamanlar SOCAR təhsilə xüsusi diqqət ayırırır. Martın 2-də SOCAR-la Çağ Öyrətim Şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Qaynar.info
Şərhlər