Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda istehsalat qəzası baş verib. Hadisə zamanı 2 nəfər qazma köməkçisi iş prosesində xəsarət alıb, ölüm hadisəsi olmayıb.
Bu barədə "Report”a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bu gün KİV-də Qaradağ rayonu ərazisində yerləşən "Azneft” İstehsalat
Birliyinin buruğunda ölüm hadisəsi ilə nəticələnən faciə ilə bağlı yayılan məlumatı şərh edərkən bildirib.
N.Quliyev bildirib ki, yaralılar təcili xəstəxanaya çatdırılıblar: "Onlardan biri artıq ambulator müalicə alır, digərinin müayinəsi davam edir".
Qaynarinfo.Az
Şərhlər