Ekonomiks 21:28 17.08.2015

SOCAR Türkiyədə neft axtarışına başlayır

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin neft işləri idarəsi “SOCAR Turkey Enerji A.Ş.”yə beş il müddətində neft axtarışı həyata keçirmək üçün icazə sənədi verib.
 
“APA-Economics” Türkiyədə çıxan rəsmi qəzetə istinadən xəbər verir ki, idarə tərəfindən “SOCAR Turkey Enerji A.Ş.” və “OPC Petrol Arama ve Üretim Ltd.” şirkətlərinə Qaziantep, Kahramanmaraş, Diyarbəkir, Adıyaman, Batman, Muş, Mardin və Şırnakda birgə istifadədə olan ərazilərdə 5 il müddətində neft axtarışının həyata keçirilməsi ilə əlaqədar ümumilikdə 7 icazə sənədi verilib.
 
Sənədə əsasən, “SOCAR Turkey Enerji A.Ş.”yə Qaziantəp, Kahramanmaraş bölgəsində bir, Diyarbəkir bölgəsində bir, Adıyaman bölgəsində bir və Diyarbəkir, Batman, Muş bölgəsində 1 lisenziya olmaqla ümumilikdə neft axtarışının aparılması üçün 4 lisenziya əldə edib.
 
Lisenziyanın şərtlərinə görə, “SOCAR Turkey Enerji A.Ş.” və “OPC Petrol Arama ve Üretim Ltd.” öhdəliyiklərinə düşən iş və investisiya proqramı qarşılığında 2%-lik investisiya təminatını 30 gün ərzində idarəyə təqdim etməlidir.
 
Xatırladaq ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.

Qaynar.info