Ekonomiks 17:57 19.06.2015

SOCAR yeni saziş imzalandı - 489 milyonluq layihə

Qazprombank və SOCAR arasında saziş imzalanıb.

AzNews.az xəbər verir ki, Qazprombankın sədri Andrey Akimov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev SOCAR Polymer zavodlarının tikintisinin maliyyələşdirilməsi barədə saziş imzalayıblar. 

Sazişin imzalanması bu gün Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub. Qazprombankın investisiya komiteti SOCAR Polymer üçün 10 il müddətinə 489 milyon ABŞ dolları həcmində kredit verilməsini təsdiq edib. 

"Biz SOCAR ilə uzunmüddətli strateji tərəfdaşlığa istiqamətlənirik və SOCAR Polymer layihəsinin maliyyələşdirilməsini əməkdaşlığın növbəti mərhələsi kimi nəzərdən keçiririk Ümid edirik ki, maliyyə sövdələşməsinin bağlanması banka SOCAR şirkətinin həyata keçirdiyi digər irimiqyaslı investisiya layihələrinin maliyyələşdirilməsində iştirak etmək imkanı verəcək. Əməkdaşlığa Qazprombanka daxil olan Birləşmiş maşınqayırma zavodlarının da cəlb edilməsi planlaşdırılır”, - deyə Andrey Akimov imzalanmadan sonra bildirib.

Qaynar.info