Xəbər lenti

Soçi görüşündə diqqəti cəlb edən məqamlar (ŞƏRH)
Siyasət 14:28 28.11.2021

Soçi görüşündə diqqəti cəlb edən məqamlar (ŞƏRH)

"26 noyabr tarixində Rusiyanın Soçi şəhərində təşkil olunmuş görüş zamanı imzalanmış üçtərəfli bəyanat bir sıra aspektlərdən diqqəti cəlb edir. Əvvəlla, bu Zəngəzur dəhlizinin reallaşmasını daha da yaxınlaşdıran bir sənəddir.  Sənədin "dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri də məhz Zəngəzur dəhlizinin tezliklə reallaşma imkanlarını göstərir". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan prezidenti əvvəllər də dəfələrlə Zəngəzur dəhlizinin bütün hallarda istifadə veriləcəyini bəyan edib:
 
"Kommunikasiyaların paralel bərpası regionda dayanıqlı sülhün yaradılması baxımdan vacib hesab olunur. Digər tərəfdən, sözügedən dəhliz bütövlükdə regionun və hətta da bölgədə maraqlı olan əsas qonşu dövlətlərin iqtisadi prioritetlərinə də uyğun hesab olunur. Çünkü Zəngəzur dəhlizi regionun inkişafı üçün yeni imkanlar yaradacaq. Xatırladaq ki, Rusiya Prezidenti V.Putin çıxışında "nəqliyyat dəhlizləri”ni xatırlatdı və bu da prosesin daha sürətlə gedəcəyindən xəbər verir".

Deputat əlavə edib ki, başqa mühüm məqam Soçidə imzalanmış sənəddə "Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinməməsi və bununla da regionda formalaşan yeni reallığın nəzərə alınmasıdır:
 
"Bu ayın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsi də yeni reallığın dəyişməyəcəyindən xəbər verir. 

Beləliklə, regionda formalaşan yeni reallıq daha güclənməkdədir. Bunun yalnız siyasi deyil, həmçinin dayanıqlı iqtisadi nəticələri də olacaq".
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->