Amerikalı snoubordçu Seyc Kotsenburq Soçidəki Olimpiya Oyunlarında ilk qızıl medalı qazanıb
İdmançı finalda iki ən yaxşı cəhd üzrə 93,50 bal nəticə əldə edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb. Gümüş medalın sahibi 91,75 balla norveçli Staale Sandbex, bürünc mükafatçı kanadalı Mark Makmorris (88,75 bal) olub.
Rusiyalı Aleksey Sobolyov yarışın finalına düşə bilməyib və 20-ci yeri tutub.
Qeyd edək ki, sloupstayl ilk dəfədir ki, Olimpiya Oyunlarının proqramına daxil edilib.
Qaynar.info
Şərhlər