Dünya 10:12 19.11.2019

Son 24 saatda Rusiyadan Türkiyəyə ikinci təklif gəldi

Rusiya Türkiyəyə hərbi təyyarələrini satmağa və ortaq istehsala hazırdır.

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Hərbi Sənaye Holdinqinin başçısı Sergey Çemezov SU-35 və SU-57 hərbi təyyarələri haqda yeni açılqlamasında deyib.

"Dubai Airshow” aviasiya sərgisində etdiyi çıxışda Türkiyəni müştəri olaraq qiymətləndirməyə davam etdiklərini vurğulayan Çemezov "Biz 4+ nəsil Su-35 və 5-ci nəsil Su-57 təklifimizi Ankaraya təqdim etdik. Düşünürlər.

Müsbət bir qərar olacağı təqdirdə təyyarələri satmağa hazırıq. Türkiyə tərəfinə təklifimiz təkcə hazır məhsulları əhatə etmir. Qarşı tərəf maraq göstərərərsə, Su-35 haqqında hissəvi texnoloji transferlə müəyyən parçaların Türkiyədə istehsal edilməsinə də müsbət yanaşırıq. Top Türkiyə tərəfindədir. Onlardan qərar vermələrini gözləyirik”.