NASA dekabr ayında nəhəng meteorun Yerlə toqquşduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, son 30 ilin ən böyük 2 partlayışından biri adlandırılan hadisə 18 dekabr 2018-ci ildə baş verib. Saniyədə 32 km sürətlə hərəkət edən meteor Yerin 25,6 km məsafəsində partlayıb. Partlayış nəticəsində ətrafa Xirosima şəhərinə atılan atom bombasından 10 dəfə çox enerji yayılıb.
NASA-nın məlumatına görə, belə hadisə 100 ildə 2-3 dəfə baş verir.
Meteor partlayışı Yaponiyaya məxsus "Himawari" peyki vasitəsilə müəyyənləşdirilib.
Gülşən
Şərhlər